«ÖLKƏŞÜNASLIQ VƏ FOLKLOR ARAŞDIRMALARI» ELMİ-TƏDQİQAT LABORATORİYASI

     

     «Ölkəşünaslıq və Folklor araşdırmaları» elmi-tədqiqat laboratoriyası Bakı Slavyan Universitetinin 08.02.2016-cı il tarixli əmrinə əsasən BSU-da fəaliyyət göstərən «Ölkəşünaslıq» və «Folklor araşdırmaları» elmi-tədqiqat laboratoriyalarının bazasında yaradılıb.

     Elmi-tədqiqat laboratoriyasının məqsədi:
• slavyan ölkələri, həmçinin Azərbaycan, Türkiyə, Yunanstan və s. ölkələrə dair sistemli şəkildə məlumat və elmi materiallar toplamaq, onları təhlil etmək, əldə edilmiş nəticəni «Regionşünaslıq» istiqaməti üzrə tədris prosesinə tətbiq etmək, eyni zamanda, göstərilən ölkələrin tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri, siyasi sistemi, ictimai-siyasi və fəlsəfi fikri üzrə elmi tədqiqat işləri aparmaqdır.
• Azərbaycan folklorşünaslığının nəzəri məsələlərini öyrənmək, Azərbaycan Respublikasında yaşayan müxtəlif xalqların mənəvi-mədəni irsinin sistemli araşdırmaq, folklor materiallarını toplamaq və nəşr etdirmək, bu istiqamətdə elmi-tədqiqat işləri aparmaqdır.

     Elmi-tədqiqat laboratoriyasının vəzifələri:
• BSU-nun məqsəd və iş planlarına uyğun olaraq elmi-tədqiqat işləri aparmaq;
• Elmi-tədqiqat laboratoriyanın profilinə uyğun elmi-praktik konfranslar, daimi fəaliyyətdə olan nəzəri seminarlar və s. təşkil etmək;
• BSU ilə müqaviləsi olan xarici ölkə universitetləri ilə əməkdaşlıq;
• BSU-da tədris edilən fənlər üzrə metodiki təminat (dərs vəsaiti, məlumat kitabçası və s.)