«LÜĞƏT MƏRKƏZİ» ELMİ-TƏDQİQAT LABORATORİYASI

     1971-ci ildən fəaliyyət göstərən «Lüğət mərkəzi» elmi-tədqiqat laboratoriyasinın əsas istiqaməti ikidilli lüğətlərin tərtib edilməsidir. Bu günədək Lüğət mərkəzində bir sıra mühüm lüğətlər işıq üzü görmüşdür:


1. «Azərbaycanca-rusca lüğət», dörd cilddə. 1-ci nəşri. Bakı, 1986-2000.
2. «Azərbaycanca-rusca lüğət», dörd cilddə. 2-ci nəşri. Bakı, 2006.
3. «Rusca-azərbaycanca tədris lüğəti», Bakı, 1997.
4. «Rusca-azərbaycanca frazeoloji lüğət», Bakı, 2006.
5. «Rus dilinin tədris lüğəti», Bakı, 2007.
6. «Ukraynaca-azərbaycanca tədris lüğəti», Bakı, 2008.
7. «Rusca-azərbaycanca kompleks lüğət», Bakı, 2012, 2014.

     «Lüğət mərkəzi» elmi-tədqiqat laboratoriyası respublikanın və xarici ölkələrin Universitetləri ilə ikidilli leksikoqrafiya üzrə birgə layihələr həyata keçirir. «Rusca-azərbaycanca-ingiliscə» tədris lüğəti Azərbaycan Dillər Universiteti ilə birgə hazırlanıb 2014-cü ildə nəşr edilmişdir.
«Belarusca-azərbaycanca tədris lüğətinin» tərtibi beynəlxalq layihə çərçivəsində Belarus Dövlət Pedaqoji Universiteti ilə birlikdə həyata keçirilmişdir. Lüğət 2015-ci ildə Minskdə işıq üzü görmüşdür.

     «Azərbaycanca-belarusca tədris lüğəti» eyni layihə üzrə Azərbaycan Prezidenti  yanında Elmin İnkişafı Fondunun qrantı hesabına BQPU-nun iştirakı ilə tərtib edilmişdir.

     Lüğət 2015-ci ilin sonunda Elmin İnkişafı Fonduna təhvil verilmişdir. İlk dəfə olaraq Bakı Slavyan Universitetinin «Lüğət mərkəzi» elmi-tədqiqat laboratoriyasında tərtib edilən bu lüğətlər Respublikanın lüğət fondunu əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Eyni zamanda onlardan hər biri leksikoqrafik işlənmə baxımından tamamilə yeni və təkrarolunmazdır.