AZƏRBAYCANŞÜNASLIQ TƏDRİS-MƏDƏNİYYƏT MƏRKƏZİ

   

     Azərbaycanşünasliq tədris-mədəniyyət mərkəzi 2006-cı ildə yaradılmışdır. Mərkəzin məqsədi azərbaycanşünaslıq ixtisası üzrə mütəxəssis hazırlığına yardımçı olmaq və elmi tədqiqatlar aparmaq, Azərbaycan haqqında obyektiv informasiyanı respublikamızda və beynəlxalq aləmdə yaymaq və təbliğ etməkdir. Azərbaycanşünaslığın xarici ölkələrdə tədrisi, təbliği, inkişaf etdirilməsi üçün dərsliklərin, dərs vəsaitlərinin, proqramların və bu sahədə mütəxəssislərin hazırlanması, müvafiq mərkəzlərin yaradılması da Azərbaycanşübnaslıq-tədris mədəniyyət mərkəzinin fəaliyyət sahəsinə daxildir.

     Azərbaycanşünaslıq tədris-mədəniyyət mərkəzinin aşağıdakı təşkilat və qurumlarla əlaqələri mövcuddur. Moskva Linqvistik Univesitetində Azərbaycan Dili və Mədəniyyəti mərkəzi, Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, Polşanın Varşava Universitetinin Şərqi Avropa Araşdırmaları mərkəzi nəzdində Qafqaz seminarı, Fransa İNALKO Universiteti, Moskva Beynəlxalq Əlaqələr Universiteti, Türkiyə Qafqaz Universiteti, Berlində Humboldt Adına Universitetdə Azərbaycan tarixi kafedrası.

     Mərkəzin təşkilatçılığı ilə BSU-da hər il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş «Azəbaycanşünaslığın aktual problemləri» mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçirilir, bu konfranslarda bir çox ölkələrdən nümayəndələr iştirak edir.