Təhsil fakültəsi

 

Sevinc Axundova - Təhsil fakültəsinin dekanı, dosent

 

   

Sevinc Leffk qızı Axundova 1971-ci il iyun ayının 30-da Bakı şəhərində anadan olub. Azərbaycan  Dövlət Pedaqoji Universitetiniİbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bitirib. 2002-ci ildəBakı Slavyan Universitetində (BSU)əmək fəaliyyətinə başlayıb. 2003-cüildənİbtidaitəhsil kafedrasının müəllimi, 2008-ci ildən həmin kafedranın baş müəllimi, 2011-ci ildən isə kafedra müdirinin müavini vəzifələrində çalışıb.2013-cü ildə “Həyat bilgisi fənninin digər fənlərlə əlaqəli tədrisinin imkan və yolları”mövzusunda dissertasiya işini müvəffəqiyyətləmüdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2014-cü ildəPedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsinə seçilib, eyni zamanda kafedranın elmlər doktoru proqramı üzrə dissertantıdır.60-dan çox elmi məqalənin, 3 dərs vəsaitinin müəllifidir.

17 fevral 2022-ci il tarixindən Təhsil fakültəsinin dekanı vəzifəsində çalışır.

Təhsil fakültəsində 797 tələbə təhsil alır. Fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir.