PEDAQOJİ FAKÜLTƏ

 

     1946­-cı ildə SSRİ Xalq Komissarları Sovetinin 2 fevral tarixli 1313 saylı sərəncamı və Azərbaycan SSR Nazirlər Sovetinin 15 may tarixli qərarı əsasında ikillik M.F.Axundov adına Azərbaycan Dövlət Müəllimlər İnstitutu yaradılmışdır. İlk tədris ilində İnstituta 108 tələbə qəbul olunmuş, ştat cədvəli üzrə İnstitutda 28 əməkdaş işləmişdir.

    1948­-ci ilin 30 iyulunda Azərbaycan məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimi» ixtisasına yiyələnmiş mütəxəssislərin ilk buraxılışı olmuşdur.

     1948­-ci ilin məzunlarının sahib olduqları ali təhsil diplomları ilə birgə həyata vəsiqə qazanan bu təhsil ocağı artıq uzun illərdir ki, şərəfli və müqəddəs bir yolun yolçusuna çevrilmişdir. Bu müqəddəs yolun çox dəyərli yolçuları – müəllimləri, alimləri, texniki əməkdaşları olmuşdur. Bu günümüzədək gələn bu yolda İnstitut həyatının bütün fəaliyyət sahələrində irimiqyaslı struktur dəyişiklikləri baş vermişdir. Çox böyük uğurlara imza atılmışdır və bu günün özündə də bu uğurlar davam etdirilir, geniş layihələr həyata keçirilir.

     Bütün bu dəyişikliklərin fonunda yalnız bir şey sabit qalmış və bütün bu illər ərzində təkmilləşərək öz adını qoruyub saxlamışdır. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun əsas ixtisası sayılan bu ixtisas hal­-hazırda Pedaqoji fakültənin aparıcı ixtisası hesab olunur.

     Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000­-ci il tarixli fərmanına əsasən M.F.Axundov adına APRDƏİ­-nin profili genişləndirilərək Bakı Slavyan Universitetinə çevrildikdən sonra yaradılan fakültələr arasında Pedaqoji fakültənin də öz zəngin tarixi var.

     Pedaqoji fakültədə respublikanın orta ümumtəhsil məktəbləri üçün «Rus dili və ədəbiyyatı müəllimliyi» ixtisasından əlavə daha üç ixtisas üzrə bakalavrlar hazırlanır. Həmin ixtisaslar aşağıdakılardır:
1. İbtidai sinif müəllimliyi
2. Təhsildə sosial­-psixoloji xidmət
3. Məktəbəqədər təlim­-tərbiyə

     Hal-­hazırda fakültədə bu dörd ixtisas üzrə cəmi 660 tələbə təhsil alır.
     Pedaqoji fakültənin nəzdində 4 kafedra fəaliyyət göstərir:
1. Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası
2 Professor S.Şəfiyev adına Pedaqogika və psixolgiya kafedrası
3. İbtidai təhsil kafedrası
4. Riyaziyyat və informatika kafedrası

     Kafedraların nəzdində ixtisaslara uyğun aşağıdakı mərkəzlər, dərnəklər və klublar fəaliyyət göstərir:
     Rus dili və mədəniyyətlərarası kommunikasiya kafedrası nəzdində:
«Gəlin rusca danışaq», «Rus poeziyasını sevənlər»;
      Pedaqogika və psixologiya kafedrası nəzdində:
«Tələbə-­psixoloqlar qrupu», «Sosial-­psixoloji xidmət»;
      İbtidai təhsil kafedrası nəzdində:
«Təbiət elmləri», «Bədii qiraətçilər», «Pedaqoji dərnək»;
      Riyaziyyat və informatika kafedrası nəzdində:
«Fraktal» dərnəyi.

  Rusiya tədris­mədəniyyət mərkəzi, Moskva auditoriyası, Sankt-­Peterburq tədris-mədəniyyət mərkəzləri keyfiyyətli tədrisin həyata keçirilməsində əvəzsiz rola malikdir.

     Pedaqoji fakültəyə ayrı­-ayrı dövrlərdə aşağıdakı alimlər rəhbərlik etmişlər:
Prof.Svariçevski A.A., dos. Şaxtaxtinski A., prof. Əliyev Ə.Ə., dos. Rəsulov. R.M., prof.Qocayev. M.Q., prof. Həsənov A.Ə., dos. Məmmədov V., prof. Mirzəyev R.S., prof. Piriyev.E.R., prof. Nəbiyev. N.H.
Pedaqoji fakültənin tələbələri Universitetin bütün elmi və mədəni-­kütləvi tədbirlərində fəal iştirak edirlər.