BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ REGİONŞÜNASLIQ FAKÜLTƏSİ

        

     «Beynəlxalq münasibətlər» və «Regionşünaslıq» ixtisasları üzrə tədrisin səmərəli təşkili, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, bu sahələrə aid elmi, elmi-metodik tədqiqatların sistemləşdirilməsi məqsədilə 12 oktyabr 2004-cü ildə Regionşünaslıq və tərcümə fakültəsinin bazasında «Beynəlxalq münasibətlər və regionşünaslıq» fakültəsi təsis edilmişdir. Universitet üzrə 1999-cu ildən «Regionşünaslıq», 2001-ci ildən isə «Beynəlxalq münasibətlər» ixtisasları üzrə tələbə qəbulu həyata keçirilməyə başlanmış, 2003-cü ildə «Regionşünaslıq» (rusiyaşünaslıq, yunanşünaslıq), 2005-ci ildə isə «Beynəlxalq münasibətlər» ixtisaslarına yiyələnmiş bakalavrların ilk buraxılışı olmuşdur.

     Hazırda fakültənin nəzdində 4 kafedra fəalliyyət göstərir:
Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrası;
Diplomatiya və xarici siyasət kafedrası;
Xarici dillər kafedrası;
Slavyan filologiyası kafedrası;

     Fakültədə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:
Beynəlxalq münasibətlər;
Regionşünaslıq (azərbaycanşünaslıq, türkiyəşünaslıq, rusiyaşünaslıq, ukraynaşünaslıq, polşaşünaslıq, bolqarşünaslıq, çexiyaşünaslıq, yunanşünaslıq);

     Fakültədə 4 elmlər doktoru, professor, 17 elmlər namizədi, dosent, 42-dən çox baş müəllim və müəllim işləyir. Fakültədə elm, tədris və mədəniyyət mərkəzləri yaradılmışdır.

     Bu gün fakültədə 600-ə yaxın tələbə təhsil alır. 2004-2015-ci illərdə fakültənin 100-dən çox tələbəsi təhsillərini müəyyən müddətdə xarici ölkələrin – Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Bolqarıstan, Yunanıstan, İngiltərənin universitetlərində davam etdirmişlər.Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi dünya siyasətini lazımınca şərh edə bilən, hərtərəfli təhlil apara bilmək qabliyyətinə malik, bu sahədə lazımi nəzəri və paktiki bilik və vərdişlərə malik yüksək ixtisaslı kadrlar yetişdirməyi qarşısına məqsəd qoyur. Bu kadrlar yüksək intellektə və analtik düşüncəyə malik olmaq, ən azı bir xarici dil bilmək bacarığına yiyələnə bilmək kimi keyfiyyətləri özündə cəmləşdirir.

     Fakültə məzunlarının qazandıqları bilik və vərdişlər onlara həm ölkə daxilində, həm də xaricdə əmək fəaliyyəti göstərmək imkanı yaradır. Onlar müstəqil xarici siyasət aparan Azərbaycan Respublikasının diplomatik kadrlar ehtiyatını zənginləşdirməklə yanaşı, bir çox yerli və beynəlxalq təşkilatlarda, strateji araşdırma mərkəzlərində, icraedici və qanunverici dövlət orqanlarında, eləcə də KİV–lərdə mütəxəssis, tədqiqatçı, məsləhətçi və s. kimi çalışa bilərlər.