BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİ

Bakı Slavyan Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin əsas fəaliyyət istiqaməti:

 

1. Xarici universitetlərlə əməkdaşlıq müqavilələrinin imzalanması;

2. Xarici ölkələrin ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirmək ;

3. Beynəlxalq konfrans və seminarların təşkilində iştirak;

4. Xarici universitetlərdə keçirilən beynəlxalq elmi konfrans və simpoziumlarda iştirak ;

5. Xaricdə və BSU-da fəaliyyət göstərən təhsil və mədəniyyət mərkəzlərində təşkilat və yardım;

6. Təhsil, mədəniyyət və elm sahəsində tanınmış insanlarla görüşlərin təşkili və keçirilməsi;

7. Beynəlxalq layihələrdə Universitetin fəaliyyətinin təmin edilməsi;

8. Xarici tərəfdaş universitetləri ilə akademik mübadilə, habelə BSU-nun akademik heyətinin beynəlxalq tədqiqat proqramları və layihələrində iştirakının təşkili;

9. BSU-nun tələbələrinin xarici universitetlərdə dil kurslarında təhsilinə təşkilati dəstək ;

10. Xarici müəllimlər, magistrant və tələbələrin BSU-da qısamüddətli təlim keçmələrinin təşkil edilməsi.