İnformasiya-Kommunikasiya texnologiyaları şöbəsi


     

    Elektron idarəetmə resursları şöbəsi müvafiq işçi ştatına malik struktur bölmə olmaqla Bakı Slavyan Univeristetinin nizamnaməsinə uyğun fəaliyyət göstərir. Şöbə operativ olaraq birbaşa rektora tabedir və onun fəaliyyəti “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”na, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Avropa Kredit Transfer Sisteminə, “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalar”a və digər müvafiq hüquqi-normativ aktlara uyğun olaraq tənzimlənir.

     Elektron idarəetmə resursları şöbəsi rektorluğa tabe olmaqla, fəaliyyət istiqaməti, işin növü və xüsusiyyətinə görə, öz fəaliyyətini kredit sisteminin tələblərinə uyğun qurur və təhsilin elektron idarəsi (Elektron Universitet), tədris prosesinin İKT ilə təşkil olunması məsələlərini tənzimləyir.

     Şöbənin vəzifələri:

1. Universitet üzrə professor-müəllim heyətinin kafedralar üzrə siyahıya alınması və onlar haqqında akademik anketlərin formalaşdırılaraq elektron sistemə yerləşdirilməsi;
2. Müvafiq standart formada olan təhsil sənədlərini – (ixtisasın (ixtisaslaşmanın) tədris planı, ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki, ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı, tələbənin fərdi tədris planı, müəllimin illik işçi tədris planı, fənlər üzrə dərs cədvəli) və digər universitetdaxili sənədləri – müəllim modeli (əlavə 1), tələbə modeli (əlavə 2) isitifadəçi səlahiyyətləri çərçivəsində müəyyənləşdirilən formada elektronlaşdırmaq;
3. Fakültələrin, kafedraların, müəllimlərin və tələbələrin kodlaşdırılması;
4. Dərs jurnallarının elektron versiyada idarəedilməsini təmin etmək və zəruri texiniki dəstəyin göstərilməsi;
5. Müəllimlərin illik tədris yükünün tələbələrin seçimi əsasında formalaşmasına, tədris planlarına uyğunluğuna, yerinə yetirilməsinə nəzarət;
6. Professor-müəllim heyətinin interaktiv ağıllı lövhələrlə dərslərinin keçirilməsinin təşkili;
7. Universiteti bitirən məzunlar haqqında məlumatlarının Təhsil Nazirliyiynin elektron sisteminə yerləşdirilməsi;
8. Kafedralar üzrə mühazirələrin, dərsliklərin və dərs vəsaitlərinin elektron versiyalarını ixtisaslara uyğun olaraq universitetin müvafiq tədris işləri üzrə saytına yerləşdirilməsi;
9. Tyutorların fəaliyyətinin təşkil edilməsi. Universitet üzrə kəsrə qalmış tələbələrin ayrı-ayrı fənlər və smestrlər üzrə kəsirlərinin qeydiyyatı;
10. Yay məktəbinə tələbələrin cəlb olunması, yay məktəbinin təşkili, dərslərin salınması, yay məktəbinin cədvəllərinin hazırlanması və imtahanların təşkili;
11. Universitetin rəsmi web səhifəsinin və təhsilin elektron idarə edilməsi portalının redaktəsi, daim yenilənməsi, idarə olunması və texniki dəstəyin göstərilməsi;
12. Universitetin struktur bölmələri arasında qarşılıqlı fəaliyyətinin təşkilində informasiyanın mərkəzləşdirilməsi, elektronlaşdırılması, emalı və məsafədən ötürülməsini, istifadəsini və istismarını təmin və təşkil etmək;
13. Tədrisin elektron idarəetmə sistemində mövcud olan modullar üzrə qarşılıqlı və birgəfəaliyyəti təşkil etmək, tyutor, müəllim və tələbələrin qarşılıqlı şəkildə işləməsini koordinasiya etmək;
14. Tədrisin keyfiyyətinin ölçülməsini təmin etmək, bu barədə müvafiq analitik və statistik hesabatlar aparmaq;
15. Professor-müəllim heyətinin tədris prosesinində keyfiyyətinə və davamiyyətinə nəzarət işini təşkil etmək, distant təhsil texnologiyalarına uyğun olaraq məsafədən mühazirələrin, web konfransların beynəlxalq səviyyədə telekörpülərin təşkil edilməsi;
16. Məzunların diplom məlumatlarının TİMS sisteminə daxil edilməsi;
17. Təhsilin İdarəedilməsi Sistemində (ATİS) səlahiyyəti üzrə sistem inzibatçılığının həyata keçirilməsi və s.