TƏLƏBƏ VƏ MƏZUNLARLA İŞ ŞÖBƏSİ

     

     Bakı Slavyan Universitetinin tərkibində digər şöbələrlə yanaşı “Tələbə və məzunlarla iş şöbəsi” də fəaliyyət göstərir. Bu şöbə bakalavr pilləsinə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurası tərəfindən qəbul olunmuş tələbələrin qeydiyyatının aparılması və şəxsi işlərin qəbulu prosesini, dövlət sifarişi əsasında təhsil alan tələbələrlə müqavilələrin bağlanması, Azərbaycan Respublikası Təhsil Nazirliyindən (ARTN) alınmış diplomların, diplomlara əlavələrin, tibbi şəhadətnamələrin, akademik transkriptlərin və digər təhsil sənədlərinin bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilməsini həyata keçirir və ciddi uçotunu aparır. Bununla yanaşı diplom, ona əlavə və tibbi şəhadətnamələrini itirmiş şəxslərə müəyyən olunmuş qaydada dublikatların verilməsi, mühüm sənədlərin xüsüsi aktla silinməsi, arxivləşdirilməsi, tələbə-məzun elektron bankının hazırlanması və s. işlərlə məşğul olur.

     TMİŞ 2010-cu ildən Bakı Slavyan Universiteti ”Tələbə-məzun dövlət elektron məlumat sistemi”nin bütün tələblərini yerinə yetirir. Son illərdə təhsil sahəsində aparılan islahatlar, qabaqcıl dünya təcrübəsinin tətbiqi bir çox məsələlərlə yanaşı, tələbə və məzunlarla işi, o cümlədən onların işlə təminatını, işlədikləri, qarşılaşdıqları problemlərin həllini, əmək fəaliyyətində inkişaf və ixtisas artırmalarını, əmək müəssisələri ilə əlaqələrin qurulmasını təhsilin artırılmasında vacib amilə çevirmişdir. Tələbə və məzunlarla iş şöbəsinin fəaliyyəti bu vacib sahədə sistemli iş aparmağa, kadr hazırlığını əmək bazarının tələblərinə uyğunlaşdırmağa yönəlmişdir.

     TMİŞ-in məqsədi həm də BSU-da kadr hazırlığının əmək bazarının tələb və ehtiyaclarına uyğun aparılmasına, məzunların karyera inkişafına və universitetin ictimai həyatına cəlb edilməsinə kömək etməkdən ibarətdir.

     Hər il universitetimizdə məzunlarla görüş keçirilir, həmin gün universitetin bakalavr və magistratura pillələrini fərqlənmə ilə bitirən və ictimai işlərdə fəal iştirak edən tələbələrə “Fəxri Məzun” diplomu təqdim edilir.