
“Sosial-psixoloji xidmət” mərkəzi BSU Elmi şuranın və Rektorluğun 28 aprel 2015 – ci il tarixli birgə iclasının qərarı ilə (protokol № 4) Pedaqogika və psixologiya kafedrasının bazasında yaradılmışdır.
İnsanlarda psixoloji biliklərin azlığı, psixoloji mədəniyyətin olmaması bir çox hallarda müxtəlif şəxsiyyətdaxili və şəxsiyyətlərarası münaqişələrə səbəb olur. Psixoloji xidmət müasir təhsil sisteminin ayrılmaz hissəsidir.
Psixoloji xidmətin əsas məqsədi – tələbələrin peşəkar və şəxsi inkişaf və yüksəlişinə kömək etmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qoruyub saxlamaq və gücləndirmək, təlim fəaliyyəti üçün əlverişli sosial- psixoloji və sosial-pedaqoji şərait yaratmaq
Psixoloji xidmətin əsas vəzifələri:
-
Təlim və şəxsiyyətlərarası ünsiyyət sferasında tələbələrin stressə davamlılığını və psixoloji mədəniyyətini yüksəltmək;
-
Qarşılıqlı anlaşma və qarşılıqlı hörmət atmosferinin, əlverişli mikroiqlimin yaranmasında, tədris kollektivində münaqişələrin aradan qaldırılmasında yardımçı olmaq;
-
Tələbələrdə yarana biləcək emosional və psixi böhranlarının qarşısının alınmasına kömək etmək;
-
Dəyişən sosial-psixi həyat şəraitinə vaxtında adaptasiyaya psixoloji yardım etmək;
Psixoloji xidmət (mərkəz) universitetin Pedaqogika və psixologiya kafedrasının bazasında yaradılıb.
Psixoloji xidmətin fəaliyyəti universitetin tədris-tərbiyə prosesinə müvafiq şəkildə nəzərdə tutulur.
Fəaliyyətin əsas istiqamətləri:
-
Psixoloji diaqnostika;
-
Psixoprofilaktika;
-
Tələbələrin fərdi konsultasiyası
Ali məktəbin Psixoloji xidmətini əsas təşkilati və fəaliyyət prinsipləri
-
Psixoloji xidmətin fəaliyyətinin ali təhsil sisteminin müasir prinsiplərinə (demokratikləşmə, humanistləşmə, şəxsi fəallıq, etik və етик və psixo-gigiyenik normalar) müvafiq olmasını təmin etmək;
-
Psixoloji xidmətin ali məktəbdə fəaliyyətinin elmi, tətbiqi və praktik aspektlərinin vəhdətini təmin etmək;
-
bütün ali məktəb subyektlərinə və ali təhsil sisteminə münasibətdə diaqnostik, proqnozlaşdırılmış, idarəedici funksiyaların gerşəkləşdirilməsini təmin etmək;
-
regionun iqtisadi və mədəni həyatında, fasiləsiz təhsil sistemində ali məktəbin aparıcı rolunu təmin etmək;;
"Sosial –psixoloji xidmət" mərkəzinin nəzdində "Praktiki psixologiyanın aktual problemləri" layihəsi başlayır.
Məqsədi: tələbələrin maarifləndirilməsi, praktiki psixologiya sahəsindəki son nailiyyətlərlə tanışlıq.
Bu layihə çərçivəsində tematik seminarların keçirilməsi təşkil olunacaq:
-
«EMDR terapiyasının əsasları»
-
Qeştalt – terapiya
-
Koqnitiv terapiya
-
Art-terapiya
“Sosial-psixoloji xidmət” mərkəzi tərəfindən keçirilən tədbirlər:
22.10.15 – dos. Həsənosa Gülnarə - “Ünsiyyət psixologiyası”
02.11.15 – Cəfərov Heydər - “Təhsilin məzmununun təkmilləşdirilməsinin valeoloji və didaktogen amillərlə şərtlənməsi”
19.11.15 – Ramil Nəcəfli – “Nəfəs texnikası”.
04.12.15 – Babək Bayramov - “NLP - mükəmməllik və uğur texnologiyasıdır!”
tibb elmləri namizədi Abbasov Pərviz “Piylənmənin müalicəsi”
04.12.15. - Ağakişiyev Aqil “Hepatit”.
15.04.16– «BSU-nun tələbələri sağlam həyat tərzinə hə deyirlər!» fleş-mobun təşkili, seminarın keçirilməsi – baş. m. Xəlilova Aybəniz.
24.06.17 –«Sağlam gələcək mərkəzi» ilə birgə təşkil edilmiş «Müasir ailənin aktual problemləri» mövzusunda seminar
26.10. 2017 - “Müasir psixologiyanın aktual problemləri” mövzusunda elmi-praktiki seminar
05.03.18 – Məmməd-zadə Süleyman - EMDR terapevt. Seminarın mövzusu: «EMDR terapiyanın əsasları».
BUNLAR SİZİ MARAQLANDIRA BİLƏR