HEYDƏR ƏLİYEV MƏRKƏZİ

     

     Universitetin təməli və milli dəyərlər üzərində müasir tələbə həyatının qurulması, tələbələrimizin milli ideya ətrafında birləşməsi, azərbaycançılıq məfkurəsi, Ümmummilli lider Heydər Əliyev siyasətinin onlara aşılanması üçün Bakı Slavyan Universitetinin nəzdində 2008-ci ildə “Heydər Əliyev Məktəbi” yaradılmışdır. Məktəbin əsas fəaliyyəti Azərbaycan dilini, tarixini, mədəniyyətini və milli-mənəvi dəyərlərini qorumağı daima tələbələrə tövsiyə etməkdir. Məktəbdə tələbələrin ictimai və siyasi həyatının formalaşması üçün dəyirmi masaların təşkili, debat və disput klubların müzakirəsi səpgisində işlər görülmüşdür. 2016-cı ildə universitetdə aparılan əsaslı təmirdən sonra Heydər Əliyev Məktəbi bazasında “Heydər Əliyev” adına tədris mərkəzi fəaliyyətə başlamışdır. Mərkəz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elmin, təhsilin və mədəniyyətin inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.