TÜRKİYƏ ARAŞDIRMALARI MƏRKƏZİ

     2004-cü ildən fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzi Türkiyə Cumhuriyyəti Atatürk Dil, Tarix Yüksək Qurumu, Atatürk Kültür Mərkəzi Başkanlığının yardımı ilə istifadəyə verilmişdir.

     Mərkəzdə Türkiyənin dili, tarixi, ədəbiyyatı, mədəniyyəti, iqtisadiyyatı, siyasəti, beynəlxalq əlaqələri ilə bağlı məlumatlar toplanır, Türkiyənin Azərbaycan və Avropa ölkələri ilə əlaqələrinə dair araşdırmalar aparılır.

     Müasir Texniki Avadanlıqla təchiz olunmuş mərkəzin xidmətlərindən universitetin türkiyəşünaslıq istiqaməti və Balkan ölkələri üzrə ixtisaslaşan tələbələri, müasir Türkiyə, onun dünya ölkələri sistemində yeri, Türkiyə-Azərbaycan əlaqələrinin tarixi və inkişaf perspektivləri ilə maraqlananlar istifadə edirlər.

     Mərkəzdə mədəni tədbirlər, Türkiyə dövlətinin nümayəndələri, elm və mədəniyyət xadimləri ilə görüşlər, elmi konfranslar keçirilir, «Türkiyəsevərlər» dərnəyi fəaliyyət göstərir.