POLYAK DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

      Polyak dili və Mədəniyyəti Mərkəzi Polşa hökuməti və Polşa Respublikasının Bakıdakı səfirliyinin köməyi ilə yaradılmış və 2006-cı il noyabrın 9-da Polşa Respublikası Senatının spikeri cənab Boqdan Boruseviç tərəfindən açılmışdır.

      Mərkəzdə Polşanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid materialların toplandığı kitabxana, texniki vasitələr ilə təchiz edilmiş tədris otağı mövcuddur.

      Mərkəzin əsas vəzifəsi Azərbaycan və Polşa arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir.

      Mərkəzin xidmətlərindən universitetin Polşa üzrə ixtisaslaşan tələbələri, Azərbaycan-Polşa əlaqələri ilə maraqlananlar istifadə edirlər.

      Burada bir sıra mədəni-kütləvi tədbirlər, «disput-klublar» keçirilir, həmçinin Polşadan dəvət olunan qonaqlar məruzələrlə çıxış edirlər.