«SANKT-PETERBURQ» MƏDƏNIYYƏT VƏ TƏDRIS MƏRKƏZİ

   

      «Sankt-Peterburq» Mədəniyyət və Tədris Mərkəzi 2004-cü ilin noyabr ayında Bakı Slavyan Universitetinin rektoru, prof. K.M Abdullayev və Sankt –Peterburq şəhərindəki Smolnı Universitetinin rektoru akademik H.M.İmanovun təşəbbüsü və əməkdaşlığı ilə yaradılmışdır.

      Rus dili və ədəbiyyatı dərslərinin keçirilməsi, Sankt –Peterburqdakı ali təhsil və mədəniyyət ocaqları ilə əlaqə saxlamaq üçün mərkəz lazım olan ləvazimatlarla təchiz olunub. Burada Sankt-Peterburqun istənilən qədim tarixi abidəsi, universiteti və kitabxanası haqqında məlumat almaq mümkündür.

      Mərkəzdə Sankt-Peterburqun tarixi və mədəni irsi, şəhəri əsrlər boyu məşhurlaşdıran görkəmli insanların həyatı ilə maraqlanan BSU-nun tələbə və professor–müəllim heyəti ilə görüşlər, tədbirlər və elmi seminarlar keçirilir.

      Əcnəbi tələbə və magistrantlar üçün mərkəzdə rus dili dərnəyi fəaliyyət göstərir.