RUSIYA TƏDRİS-MƏDƏNİYYƏT MƏRKƏZİ “MOSKVA AUDİTORİYASI”

 

     Rusiya Tədris-Mədəniyyət Mərkəzi 2002-ci ildə Moskva hökumətinin köməyi ilə yaradılmışdır. Mərkəz müasir texniki avadanlıqla kompüterlər, mini kinoteatr, interaktiv lövhə, həmçinin zəngin kitabxana fondu ilə təhciz olunmuşdur. «Moskva auditoriyası»nda tələbələrlə müntəzəm olaraq rus dili, ədəbiyyatı və mədəniyyəti ilə bağlı məşğələlər keçirilir.

     Mərkəzdə maraqlı şəxslərlə, şair və yazıçılarla, rus mədəniyyət xadimləri və ziyalıları ilə görüşlər təşkil edilir.

     Rusiya Tədris-Mədəniyyət Mərkəzində mədəni-kütləvi və təntənəli tədbirlər, elmi seminarlar, ədəbi gecələr, müsabiqə və viktorinalar, sərgi və disputlar keçirilir.