BOLQAR DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

     Mərkəz Bolqarıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə yaradılmış və 2004-cü il oktyabrın 7-də Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun iştirakı ilə açılmışdır. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində bədii ədəbiyyat, siyasi tarix, iqtisadiyyat və bolqar dili üzrə materiallardan ibarət kitabxana fəaliyyət göstərir.

     Bolqar dili və mədəniyyəti mərkəzinin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələri inkişaf etdirmək, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Burada tədris-metodiki, elmi-tədqiqat və mədəniyyət bölmələri fəaliyyət göstərir.

     Mərkəzdə Bolqarıstanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir.

     Mərkəzdə bolqar dili dərnəyi fəaliyyət göstərir.