KİYEV MİLLİ LİNQVİSTİK UNİVERSİTETİ AZƏRBAYCAN DİLİ VƏ MƏDƏNİYYƏTİ MƏRKƏZİ

   

         Ukrayna Respublikasının Kiyev Milli Linqvistik Universitetində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dili və Mədəniyyət Mərkəzi Ümumilli liderin 90-illik yubileyi ərəfəsində, 2013-cü ilin 29 mart tarixində açılmışdır. Açılış mərasimində KMLU-nun rektoru, filologiya elmləri doktoru, professor R.V.Vasko BSU-nun nümayəndə heyəti, Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin, SOCAR-ın, KMLU-nun professor-müəllim və tələbə heyətinin nümayəndələri, Kiyevin ali təhsil müəssisələrində alan azərbaycanlı tələbələr iştirak etmişlər.

         Mərkəz kompüter avadanlığı, proyektor və fərdi noutbuklarla təchiz edilmiş, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı məlumatlardan, sənədli və bədii filmlərdən, klassik və müasir musiqi nümunələrindən ibarət disklərlə, milli məişət və bəzək əşyaları ilə təmin edilmişdir. Mərkəzin kitabxana fondu Azərbaycanın tarixi və mədəniyyətindən bəhs edən fotoalbom və kitablardan, görkəmli yazıçı və şairlərin əsərlərindən, dilçiliyə dair elmi nəşrlər və tədris ədəbiyyatından, lüğətlər və məlumat kitabçalarından ibarətdir