Xarici Tələbələrlə Dostluq Klubu

Xarici Tələbələrlə dostluq Klubu BSU-da Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərir. Klubun əsas məqsədi xarici universitetlər, eləcə də xarici tələbələrlə dostluq əlaqələrini genişləndirmək, onlayn (distant) elmi-praktik konfransları təşkil etmək, bu istiqamətdə  ölkədaxili və ölkəxarici təcrübə mübadiləsi aparmaq, fəaliyyəti koordinasiya etməkdir.

·      5 dekabr 2016-cı ildə Klub Beynəlxalq Əlillər gününə  həsr olunmuş  ''Qəhrəmanlar  əbədidir" adlı tədbir keçirib. Tədbirə Müharibə, əmək, silahlı qüvvələr veteranları təş­kilatının sədr mü­a­vi­ni  Cəlil Xəlilov, Gənclərin hərbi və­tənpərvərlik şöbəsinin mü­diri Adil Haq­ver­di­yev, İctimaiyyətlə əla­qə­lər şöbəsinin əməkdaşı Səidə Abdullayeva   dəvət olunublar. Tədbirdə Klub üzvlərinə təltifnamələr verilib.