Tələbə Psixoloqlar Klubu

Tələbə Pxisoloqlar  Klubu psixoloji  elmin müasir imkanlarından  bəhrələnərək, tələbələrin müsbət  şəxsi inkişafını, onların öz qabiliyyətlərini, potensial imkanlarının həyata keçirilməsinin təmin olunmasını nəzərdə tutaraq, BSU-nun Pedaqoji fakültəsinin tabeliyində yaradılıb. Klubun məqsədi psixoloji baxımdan tələbələr arasında əlaqələrin gücləndirilməsi, qrup şəklində işləmək qabiliyyətinin inkişafı və psixoloji maarifləndirmə  işlərinin aparılmasına nail olmaqdır.

·     6 dekabr 2016-cı ildə  Tələbə psixoloqlar klubu “Diqqət əskikliyinin pozuntusunun diaq­nos­ti­kası və korreksiyası” mövzusunda treninq-seminar təşkil edib.

·     3 aprel 2017-ci ildə Tələbə Pxisoloqlar Klubunun təşkilatçılığı ilə BSU  2 Aprel - Ümumdünya Autizm Maarifləndirmə Gününə həsr edilmiş aksiya keçirilib.  Pedaqoji fakültənin tələbələri tənəffüs zamanı müəllim və tələbələrə autizm barədə broşürlər paylayıblar. Broşürlərdə autizmin yaranma səbəbləri, xarakterik cəhətləri və autizm sindromlu insanlarla davranış qaydaları öz əksini tapıb. Autizm sindromlu uşaqlar hansısa bir uşaqdan nə pis, nə də ki yaxşıdır, onlar sadəcə fərqlidirlər. Onları sevək!