KONFRANS

 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI SLAVYAN UNİVERSİTETİ

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş  

“Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda  tələbə və magistrantların

Respublika elmi-praktik konfransı

     27 aprel 2018-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda  tələbə və magistrantların Respublika elmi-praktik konfransı keçiriləcəkdir.

 Konfransın  işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyəti
  • Yeni dünya nizamı: XXI əsrin çağırışları
  • Heydər Əliyev və Azərbaycanın xarici siyasət konsepsiyası
  • Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi – Azərbaycan
  • Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri
  • Müstəqil Azərbaycanda filologiyanın müasir problemləri

Sizi bu konfransda iştirak etməyə dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

İştirakla bağlı məlumat və tezis elektron formada 30 mart 2018-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  bmregionsunasliq2018@gmail.com

 Konfransın təqvimi:

Tezislərin göndərilməsi üçün son tarix

30 mart 2018-ci il

Qəbul edilən tezislər haqqında məlumatın verilməsi

5-10 aprel 2018-ci il

Konfransın plenar iclasının açılış mərasimi

27 aprel 2018-ci il

 

Bölmə iclasları

27 aprel 2018-ci il

Konfransın bağlanış mərasimi

27 aprel 2018-ci il

 

 FORMA 1. Tezisin tərtibi qaydaları:

Həcm: 1-2 səhifəyə qədər, format A4, ölçü 12, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1 interval, abzas 1,25. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.

 Tezisin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə
  2. Tezisin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təmsil etdiyi təhsil müəssisəsinin adı, elmi rəhbərin adı, soyadı, elmi dərəcəsi və ya elmi adı adi şriftlə

 Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz: AZ 1014, S.Rüstəm küç., 33, Bakı Slavyan Universiteti, Bakı şəhəri, Azərbaycan Respublikası

E-mail:  bmregionsunasliq2018@gmail.com, telefonlar: +994 55 935 08 53; +994 50 301 08 95; +994 051 527 22 13

 Qeyd: Tezis adları ilə bölmə adları eyni olmamalıdır. Konfransda çıxış etməyən iştirakçıların tezisləri topluda dərc olunmayacaq. Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən tezislər qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

  FORMA 2. Konfransda iştirak üçün bildirişin nümunəsi

 

Soyadı, adı, atasının adı

 

Təmsil etdiyi təhsil müəssisəsi

 

Təhsil pilləsi

 

Telefon

 

E-mail ünvanı

 

Tezisin adı