BSU-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçiriləcək

2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur.

Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev 2018-ci ilin Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, Bakı Slavyan Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

BSU-nun mətbuat xidməti