BAKI SLAVYAN UNİVERSİTETİ 2017-ci il üçün doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir

BAKI  SLAVYAN  UNİVERSİTETİ 2017-ci il üçün doktoranturaya fəlsəfə doktoru proqramı üzrə qəbul elan edir:

Filologiya elmləri

  • Azərbaycan dili (ixtisasın şifri – 5706.01) – 2 yer: 1 – əyani (büdcə hesabına), 1 – qiyabi (ödənişli əsaslarla)
  • Slavyan dilləri (ixtisasın şifri – 5707.01) – 2 yer – qiyabi: 1 – büdcə hesabına, 1 – ödənişli əsaslarla
  • Türk dilləri (ixtisasın şifri – 5710.01) – 2 yer – qiyabi: 1 – büdcə hesabına, 1 – ödənişli əsaslarla
  • Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (ixtisasın şifri – 5714.01) – 2 yer – qiyabi: 1 – büdcə hesabına, 1 – ödənişli əsaslarla  
  • Azərbaycan ədəbiyyatı (ixtisasın şifri – 5716.01) – 2 yer: 1 – əyani (büdcə hesabına), 1 – qiyabi (ödənişli əsaslarla),
  • Dünya ədəbiyyatı (ixtisasın şifri – 5718.01) – 1 yer – qiyabi (büdcə hesabına)

Pedaqogika  

  • Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası  (ixtisasın şifri – 5801.01) – 1 yer – qiyabi (ödənişli əsaslarla)
  • Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi (ixtisasın şifri – 5804.01) – 2 yer: 1 – əyani (büdcə hesabına), 1 – qiyabi (ödənişli əsaslarla)

 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqəsi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (qiymət cədvəlindən çıxarış) surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • çap olunmuş elmi işlərin siyahısı (elmi katib tərəfindən təsdiq edilmiş) və ya seçilmiş ixtisas üzrə referat;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • nəzərdə tutulan elmi rəhbərin yazılı razılığı.

                                                                                            

BAKI  SLAVYAN  UNİVERSİTETİ

2017-ci il üçün doktoranturaya elmlər doktoru proqramı üzrə qəbul elan edir:

Filologiya elmləri  (ixtisasın şifri – 57)

  • Türk dilləri (ixtisasın şifri – 5710.01) – 1 yer – qiyabi (ödənişli əsaslarla)
  • Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik (ixtisasın şifri – 5714.01) – 2 yer – qiyabi: 1 – büdcə hesabına, 1 – ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı (ixtisasın şifri – 5718.01) – 1 yer – qiyabi (büdcə hesabına)

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  •  ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqəsi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 ölçüdə);
  • iş yerindən xasiyyətnamə;
  • əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı;
  • «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikası vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya sənədlərin qəbulu 28 dekabr 2017-ci il – 27 yanvar 2018-ci il tarixlərində keçiriləcək.

 

Ünvan: AZ 1014, S.Rüstəm, 33

Tel: +994 (12) 5990870 (daxili: 216)

Elektron ünvan: doktorantura@tedris-edu.org