BSU elektron kitabxanaya pulsuz giriş əldə etdi

Hörmətli həmkarlar!

 

16.10.2017-ci il tarixindən - 11.12.2017-ci il tarixinədək "IPR Media" şirkətinin dəstəyi ilə Bakı Slavyan Universitetinin tələbə və müəllim heyətinin elmi ədəbiyyat, dərslik və dövri akademik nəşrlərin cəmləşdiyi "IPRbooks" elektron kitabxana sistemindən istifadəsi üçün internet üzərindən pulsuz giriş imkanı yaradılmışdır.

 

Tələbə və müəllim heyətinin birdəfəlik login və parol aşağıdakı kimidir (sonradan istifadəçi sərbəst qaydada sistemdə qeydiyyatdan keçə bilər).

 

Login: bsu-uni.edu.az

Parol: JgcX6gL9

 

Elektron kitabxanada şəxsi kabinetə daxil olmaq üçün aşağıdakı login və paroldan istifadə edilməlidir:

 

Login: bsu-uni.edu.az_stat

Parol: 2fb5D2vV

 

"İPRbooks" e-kitabxana sistemi lisenziyalı tədris və elmi ədəbiyyatı, jurnalları, audionəşrləri, videokursları, təlimyönümlü onlayn testləri özündə əks etdirən unikal elektron resursdur.

Elektron kitabxanaya buradan daxil ola bilərsiniz.