DİQQƏT!!!

     BSU-nun əsas binasının bufetində Tələbə Xeyriyyə Fondunun (TXF) təşkilatçılığı ilə imkansız tələbəmizə yardım üçün xeyriyyə yarmarkası keçirilir.

Qeyd edək ki, yarmarka 3 gün müddətində bütün fakültələr arasında keçiriləcək. Bu günkü yarmarka Azərbaycan filologiyası və jurnalistika fakültəsi tərəfindən təşkil edilib. Yarmarkada tələbələr tərəfindən hazırlanmış yemək və şirniyyatlar, ikinci əl kitablar və müxtəlif aksesuarlar tələbə büdcəsinə uyğun qiymətə satılır

.