“Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans

     Bakı Slavyan Universiteti 19-20 may 2017-ci il tarixlərdə Rus Dili və Ədəbiyyatı Müəllimlərinin Beynəlxalq Assosiasiyası ilə birgə (Rusiya) “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirir.

     Konfrans aşağıdakı bölmələr üzrə keçiriləcək:

1. “Müasir Azərbaycanın sosial-mədəni həyatında rus dili, ədəbiyyatı və mədəniyyəti”;

2. “Rus dili və ədəbiyyatı üzrə fənn kurikulumları əsasında dərslik komplekslərinin yaradılması təcrübəsi”;

3. “Rus dili ali məktəblərdə xarici dil kimi: işlədilmə və öyrədilmə məsələləri”;

4. “Rus dili Azərbaycanın ali və orta məktəblərində tədris dili kimi: tədris ədəbiyyatlarının hazırlanması prob­lemləri”;

5. “Uşaq bağçası, məktəb və universitetlərdə rus dilinin xarici dil kimi tədrisində kompyuter texnologiyaları və proqramlarının rolu”.

     Konfransda həmçinin “Rus və Azərbaycan ədəbiyyatlarında multikultural dəyərlər” mövzusunda Dəyirmi  masanın  təşkili də plan­laşdırılır.

     Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini 20 apreıl 2017-ci il tarixədək konfrans_rki@tedris-bsu.org elektron ünvanına göndərə bilər­lər

      Parametrlər: 1.0 səhifədə, səhifə А 4, aşağıdan 1,5 sm., sağdan – 1 sm, yuxarıdan və sol­dan – 2 sm.; şrift: tip – Times New Roman, ölçü (keql) – 12, interval – 1.