“Azərbaycanşünaslığın aktual problemləri” IX Beynəlxalq elmi konfrans

BAKI SLAVYAN UNİVERSİTETİ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  “Azərbaycanşünaslığın aktual problemləri”

IX Beynəlxalq elmi konfrans

3-4 may 2018-ci ildə Bakı Slavyan Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” IX Beynəlxalq elmi konfrans keçirəcəkdir.

2010-cu ildən başlayaraq keçirilən növbəti, doqquzuncu konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  • Heydər Əliyev və Azərbaycançılıq ideologiyası
  • Heydər Əliyev və qloballaşan dünyada Azərbaycan
  • Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi
  • Azərbaycan dili və ədəbiyyatının aktual problemləri
  • Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri
  • Heydər Əliyev irsi və Azərbaycanın hüquq sistemi

 

Sizi bu konfransda iştiraka  dəvət edirik.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

İştirakla bağlı məlumat və məqalə elektron formada 28 fevral 2018-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:

E-mail:  azerbaycanshunasliq2018@gmail.com

Xarici ölkələrdən olan iştirakçıların xərcləri özləri tərəfindən ödənilir.

Konfransın təqvimi:

 

 

Məqalələrin göndərilməsi üçün son tarix

 

28 fevral 2018-ci il

Qəbul edilən məqalələr haqqında məlumatın verilməsi

5 aprel 2018-ci il

Konfransın plenar iclasının açılış mərasimi

3 may 2018-ci il

 

Bölmə iclasları

3-4 may 2018-ci il

Konfransın bağlanış mərasimi

4 may 2018-ci il

 

FORMA 1. Məqalənin tərtibi qaydaları:

  1. Həcm: 5 səhifəyə qədər, format A4, ölçü 14, şrift  Times New Roman, hər tərəfdən 2,0 sm., 1,5 interval, abzas 1,25. Mətnin sözləri sətirdən sətirə keçirilmədən yığılmalıdır.
  2. Xülasə: ingilis dilində
  3. Açar sözlər məqalənin adından sonra göstərilməlidir.

Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: mötərizədə, mənbənin nömrəsi, səhifə. Məsələn: (2) və ya (2; 5; 8) və ya (2, 14-15) və ya (2, 17; 7, 233-234)

Məqalənin strukturu:

  1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi qalın şriftlə
  2. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə
  3. Təşkilat və şəhərin adı adi şriftlə

Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək.

Təşkilati məsələlərlə bağlı suallarınızı  bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası /Bakı şəhəri, Bakı Slavyan Universiteti, AZ 1014, S.Rüstəm küç. 33.

E-mail: azerbaycanshunasliq2018@gmail.com     telefonlar: +99412 599-08-70, daxili 112.                                                                                                                                                                       

FORMA 2. Konfransda iştirak üçün bildiriş

Müəllifin:

Soyadı, adı, atasının adı

 

İş yeri

 

Vəzifəsi, elmi adı və dərəcəsi

 

Telefon

 

E-mail ünvanı

 

Məqalənin adı

 

Açar sözlər        

 

MƏQALƏ (bu cədvəldən sonra əlavə olunur)